Yardımlı Xeyriyyə Cəmiyyətinin rəsmi saytı

   

Açılış səhifəsi et

Şəxsi panel

İstəklər

foto

Arzu və istəklərinizi bizə buradan yaza bilərsiniz

Yardımlının Səsi Qəzeti

foto

Daha ətraflı məlumatları "Yardımlının səsi" qəzetindən oxuya bilərsiniz

Yardımlı rayonu

foto

Yardımlı Xeyriyyə Cəmiyyətinin keçirdiyi tədbirlərdən görüntülər

foto

foto

OYAN!

Nədənsə taleyinə
Əzəl gündən çən düşüb.
Cücərməyib istəyin
Uğur səndən gen düşüb.
Ey mənim ata yurdum!
Sən hələ də ölkəmin
Sirlə dolu üzüsən.
Tarixləşmiş tarixin
Yazılmamış sözüsən.
Sənsən ulu babamdan
Mənə yetişən miras.
Sənsən ruhuma qida,
Sənsən dərdimə əlac. . .
Ey mənim ata yurdum!
Yoxdursa Səni duyan
Ya silkələ tarixi,
Ya da tarixdən oyan!. .

Elman Eldaroğlu

Keçidlər

foto

foto

foto

foto

foto

foto

Ñêðûòü ïðàâûå áëîêè? Ñêðûòü ëåâûå áëîêè?

 

"YARDIMLI XEYRİYYƏ CƏMİYYƏTİ"

Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyi 2009-cu ilin fevral ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təşkilatın əsas məqsədi, Azərbaycan Respublikasının müxtəlif ərazilərində yaşayan Yardımlı əsilli soydaşlarımızın diqqətini Yardımlı rayonunun tarixi abidələrinin, yerli adət ənənələrinin elmi şəkildə öyrənilməsinə, təbliğ olunmasına və onları rayonun sosial problemlərinin həll olunmasında yaxından iştirak etməyə cəlb etməkdən, konkret Yardımlı və yardımlılarla bağlı mədəni-kütləvi tədbirlər keçirməkdən, imkansız və məhdud imkanlıların təhsil, müalicə və digər problemlərinin həllinə ellikcə yardım etməkdən ibarətdir...

ƏZİZ YARDIMLILAR!

Yardımlı Xeyriyyə Cəmiyyəti”nin xeyirxah fəaliyyətinə dəstək olmaq istəyirsinizsə təşkilatın aşağıda göstərilən bank hesabına pul köçürə bilərsiniz:

Bankın adı: “Texnikabank” ASC Sumqayıt filialı
Kod: 508795
VÖEN: 9900000681
Müxbir hesab: 0137010031944
SWIFT BIK: TECİAZ 22

ADI: Yardımlı Xeyriyyə Cəmiyyəti İB

Hesab: 33080041560001

VÖEN: 2901678291

PAZ

(felyeton)

Birdən elə bilərsiniz ki, söhbət taxtadan düzəldilən PAZdan gedir, əsla yox. Heç, çoxlarınızın bir vaxtlar sərnişini olduğunuz “PAZ” avtobusunu da nəzərdə tutmuram. Mənim söhbət açdığım PAZ tamam başqa PAZdır. Elə bir PAZ ki, bir dəfə onu görən, bir də görmək istəmir...
Bəzən mənə elə gəlir ki, Allah-təala onu bizə bir bəla göndərib. Gör neçə ildir ki, bu PAZın əsir-yesiri olmuşuq. Haranı istəyir, kimi istəyir PAZlayır. Nə Allahı tanıyır, nə də özünü. Heç kim də qarşısını ala bilmir. Nə qədər şikayət ediriksə də xeyri olmur ki, olmur, lap nağıldakı “ÖLMƏZ KAŞŞEY”ə dönüb, bizim bu PAZ. Uzunlauğu təxminən bir metr yetmiş santimetr, eni şərab çəlləyi ölçüsündə olan bu PAZın məğlubedilməz PAZ olması artıq hamını düşünməyə vadar edib. Uşaqdan böyüyə bu PAZdan qurtulmağın yolunu axtarsaq da çi fayda, ağılabatan bir üsul tapmırıq ki, tapmırıq. Yəni axtarıb elə bir PAZ tapa bilmirik ki, bizi bu PAZdan xilas eləsin. Axı hər PAZın da öz PAZı var. Necə deyərlər, “pazı pazla çıxararlar”...


Eldostu

TƏHSİLİMİZİN VƏZİYYƏTİ KİV-DƏ

Doğrudur, rayon təhsilinə rəhbərlik edən yurddaşımızın bu vəzifəyə təzə təyin olunduğunu nəzərə alıb, ötən saylarımızın birində biz rayon təhsilində baş verən neqativ halları işıqlandırmağa hələ tələsmədiyimizi bildirmişdik, amma Respublika mətbuatında rayonumuzun təhsil sistemində hökm sürən rüşvətxorluqdan tez-tez dərc olunan yazılara biganə qala bilmədiyimizi də bəyan etmək zorundayıq. Onlardan birini olduğu kimi Sizin də nəzərinizə çatdırır və belə hallar olduqda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə zəng etməyinizi tövsiyyə edirik:

Telefonlar: (012) 496-34-82; (012) 496-37-61; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az)


Həmçinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161" nömrəli "Qaynar xətt"i fəaliyyətdədir.

YARDIMLIDA YENİ TƏHSİL BİZNESİ

Rayonda müəllim işləmək üçün nə qədər "hörmət" etmək lazımdır?

Bölgələrdə təhsilin hansı səviyyədə olduğu hamıya bəllidir. Yardımlı rayonunda vəziyyət daha da ağırdır. Ona görə ki, orta məktəblərdə dərsin səviyyəsi həddindən artıq aşağı olmaqla bərabər, həm də savadsızlıq baş alıb gedir. Qəzetimizə daxil olan məlumatlara görə, Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Balışov rayonda boş qalmış müəllim yerlərini satışa çıxarıb. Əməkdaşlarımıza məlumat verən rayon sakinləri deyirlər ki, prezidentin məlum sərəncamından sonra yaranmış vakant yerlərini Manaf Balışov özü üçün əsl gəlir mənbəyinə çevirib. Şikayət edən sakinlərdən biri deyib ki, hal hazırda Yardımlıda vakant yerlərdən birinə sahib olmaq 2-3 min manat arasında dəyişir. Rayon mərkəzində müəllim olmaq istəyənlər üçün isə bu rəqəm 4 min manata qədər artır. Şikayətçilər onu da deyirlər ki, Təhsil Şöbəsinin müdiri Manaf Balışov bu işləri kiminsə havadarlığı ilə həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə bəzi yerlərdə bütün tapşırıqların ona icra başçısı Xəzər Aslanov tərəfindən verildiyini deyir. Hər halda hörmətli Təhsil Şöbəsinin müdiri Manaf müəllimin dediklərinin nə dərəcədə haqiqət olub-olmamasını deyə bilmərik. Məsələ ilə bağlı çox geniş araşdırmalarımızdan sonra deyilənlərə aydınlıq gətirəcəyik.


Adil
Bizimdovr.az
<

Cəmiyyətin gördüyü işlər haqqında

foto

Yardımlı xeyriyyə cəmiyyətinin sədri Elman Eldaroğlunun musahibəsi

foto

Yardımlı rayonunun inzibati                xəritəsi

foto

       Yardımlı mənzərələri

foto

Son 30 ölkənin ziyarətçiləri

free counters

Sayğac

Sual

Sizcə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı Yardımlıda necə icra edilir?
YAXŞI
PİS


nbsp