Yardımlıda Milli Mətbuat günü keçirildi

Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin təşkil etdiyi Milli Mətbuat gününə həsr olunmuş tədbir ötən ayın iyirmi beşinci günündə Yardımlıda keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilat sədri Elman Eldaroğlu tədbirin məhz Yardımlıda keçirilməsinin səbəbini açıqladı və tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik etdi:- “134 il bundan öncə Həsən bəy Zərdabi öz şəxsi vəsaiti hesabına “Əkinçi” qəzetinin nəşrinə başladı... Indi həmin hadisə Azərbaycan mətbuat tarixinin başlanğıcı kimi qeyd edilir.

Azərbaycanın mətbuat tarixində digər görkəmli  mütəfəkkirlərin də xidmətləri az olmamışdır. Bu gün xalqımız onları  ehtiramla yad edir. Bildiyiniz kimi, Sovet dönəmində də istedadlı jurnalistlərimiz çox olub. Senzuranın mövcud olmasına baxmayaraq, onlar öz cəsarətli yazıları ilə xalqın iradəsini tərənnüm edirdilər. Çox şükürlər olsun ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra milli mətbuatımız öz inkişaf dövrünü yaşamağa başladı. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan mətbuatından senzura götürüldü. Mətbəələrə borcu olan qəzetlərin borcları bağışlanıldı. Təsadüfi deyil ki, Ulu Öndərin siyasi kursunun davamçısı, möhtərəm Ilham Əliyev cənabları da Azərbaycanda mətbuatın inkişafına xüsusi diqqət yetirir. Elə bunun nəticəsidir ki, mətbu orqanlarına dəstək məqsədi ilə ölkəmizdə xüsusi şura fəaliyyət göstərir. Bu günlərdə həmin şuranın bir çox mətbu orqanlarına maddi yardım etməsinin şahidi olduq. Səhv etmirəmsə, indi Azərbaycanda   1500- ə yaxın qəzet və jurnal işıq üzü görür və həmin qəzetlərdən ikisi “Zirvə”, eləcə də “Yardımlının səsi” qəzetləri özəlliklə bizim rayona- Yardımlıya xasdırlar. “Zirvə” qəzeti yaşca böyük olduğu üçün, bu dəfə biz, Milli Mətbuat gününü qeyd etməkdən ötrü, onun işığına toplaşmağı qərara aldıq. Ötən il “Zirvə” yə diktafon hədiyyə etsək də, bu il də əliboş gəlməmişik. Bir vaxtlar bu qəzetdə çalışanların sayı  çox olub, indi cəmi iki nəfər əməkdaşı var. Yardımlı Xeyriyyə Cəmiyyəti bu qəzetin varlığından həmişə qürur duyub. Axı “Zirvə” bizdən öncə yaşayıb-yazmış  ziyalılarımızdan bizə qalan əmanətdir, biz onu yaşatmalı və gələcək nəsillərə ötürməliyik. “Zirvə”nin tarixini vərəqləyəndə onu bu günə gətirib çıxarmış insanların fədakarlığına qibtə edirəm. Onların sırasında mənim ana babam Ağadin Nəsirov da olmuşdur. O, ötən əsrin otuz səkkiz-qırxıncı illərində bu qəzetə rəhbərlik etmişdi. Mən onun dilindən bu qəzetin çətin günləri haqqında çox eşitmişdim. Yəqin ki, qəzetin redaktoru, qələm yoldaşımız Ələsgər Cəfər çıxışında onlar barəsində ətraflı danışacaq. Xatırlatmaq istəyirəm ki, bu gün Respublikamızın bir çox görkəmli jurnalistləri fəaliyyətini bu qəzetdən başlamışdır. Onlardan Əməkdar jurnalistlər Sahib Əliyevin, Mir Şahin Ağayevin, Elman Gədiklinin və digərlərinin adını iftixarla çəkmək olar.”
Sonra söz uzun müddət “Zirvə”nin  baş redaktoru vəzifəsində çalışmış, şair Sahib Əliyevə verildi. O, qəzetin tarixindən söhbət açaraq, həmkarlarını təbrik etdi. Daha sonra çıxış edənlər Hacı Himayət Mahmudov, Ələsgər Cəfər, Şahbaz Xuduoğlu, Dicey Aynur, Xanqulu, Anar Yusifoğlu və başqaları həmkarlarını bayram münasibəti ilə təbrik edib, bu tədbiri düzənlədiyinə görə Yardımlı Xeyriyyə Cəmiyyətinə öz təşəkkürlərini bildirdilər.
Tədbirdə Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin adından, fərqlənənlərə fəxri fərmanlar, “Zirvə” qəzeti redaksiyasına isə “üçü birində” çap cihazı təqdim edildi. Sonda bayram süfrəsi açıldı.
P.S. Bu günlərdə əlimizə “Zirvə” qəzetinin avqust saylı nüsxəsi düşmüşdü. Maraqlanıb biləndə ki, bu tədbir barəsində qəzetdə qısa da olsa bir məlumat verilməyib, baş redaktora telefon etdib, sayğısızlığın səbəbini öyrənmək istədik. O isə cavabında: ”Icra Başçısı  icazə vermir” - deyib, işini itirmək istəmədiyini söylədi. Maraqlıdır, buna bənzər cavabları digər məmurlardan da çox eşitmişdik. Təşkilatımızın indiyədək rayonda keçirdiyi tədbirlərə dəvət olunmuş müvafiq məmurlardan, tədbirlərdə niyə iştirak etmədiklərinin səbəbini  soruşanda, onlar da, Icra Başçısının qəzəbinə tuş gəlməkdən ehtiyatlandıqlarını söyləyirdilər. Bu da bizdə təəssüf hissi doğurur, çaşqınlıq yaradırdı.   Hətta, protokol qaydalarına uyğun məktub ünvanlayıb Icra Başçısından hər-hansı bir xoşməramlı tədbirin rayonda keçirilməsinə icazə verməsini xahiş edəndə də, cavabında ümumi şöbədə Icra Aparatının  səviyyəsinə yaraşmayan məktub tərtib olunub, bizə göndərilir və açıq-aşkar hörmətsizliyə yol verilirdi. Bütün bunları təşkilatımızın ətrafında birləşən Yardımlının tanınmış ziyalılarına, onun elitasına etinasızlıq, sayğısızlıq kimi də düşünmək olardı. Amma, bu yaxınlarda rayon Icra Hakimiyyətinin Başçısının qəbulunda olarkən onun səmimiyyətinə inanıb, əmin olduq ki, bəzi məmurlar bilərəkdən, rayon rəhbərinin timsalında mənfi rəhbər obrazı  yaratmağa çalışır və onun ictimaiyyət arasındakı imicinə zərbə vururlar. Fürsətdən istifadə edib, həmin məmurlara məhşur yəhudi atalar məsəlini xatırlatmaq istəyirik: “ Otaq nə qədər qaranlıq olsa belə, bir kibrit çöpüylə  işıqlandırmaq olar...”

 

Xəbərlər

Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyi avqustun iyirmi ikisində, ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adına layiq görülmüş yurddaşlarımızın problemlərini öyrənməkdən ötrü rayon Mədəniyyət Evində, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlının iştirakı ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan təşkilat sədri Elman Eldaroğlu tələbələri rəhbərlik etdiyi təşkilatın üzvləri adından təbrik edib, onların problemləri ilə maraqlandı. Sonra söz Xalq Şairinə verildi. O, öz gənclik illərindən söhbət açaraq, tələbələri təhsil alacaqları elm ocaqlarında Yardımlını layiqincə təmsil etməyə səslədi. Rayon Icra Hakimiyyəti Başçısının Aparatının ictimai-siyasi qurumlarla iş üzrə şöbəsinin müdiri Şakir Kərimov rayon rəhbərinin tələbələri qəbul edərək maddi və mənəvi dəstək göstərdiyindən danışdı. Daha sonra Yardımlı Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar şurasının sədri Hacı Himayət Mahmudov, rayon ziyalılarından Nəci Bağırov, Mehralı Mustafa və diğərləri çıxış edərək təbriklərə qoşulublar.
Xatırladaq ki, Yardımlı orta məktəblərindən bu il ali təhsil ocaqlarına 100-dən çox yurddaşımız qəbul olunub. Sevindirici haldır ki, bu tədbirdən bir neçə gün öncə, rayon Icra Hakimiyyətinin Başçısı Xəzər Aslanov tələbələri qəbul edərək, onların hər birinə 50 manat və əlavə olaraq BDU-nun infarmatika fakultəsinin ödənişlisinə qəbul olunmuş bir atasız tələbəyə isə təhsil haqqı üçün 700 manat pul verib. Redaksiyamıza daxil olan digər bir məlumatda rayon Icra Hakimiyyəti Başçısının Sırıq kəndində kənd sakinləri üçün iftar süfrəsi açdığı barədə də xəbər verilir. Başçının köməkçisi Anar müəllimin dediklərinə görə, iftar süfrələri bundan sonra da bir-neçə kənddə təşkil olunacaqdır.
***
Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyi avqustun iyirmi üçündə Sumqayıtın 60 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə ərməğan olaraq növbəti tədbirini, Kontakt-Karate idman növü üzrə Respublika birinciliyini  təşkil etmişdi. Yarışda Respublikanın müxtəlif rayonlarından Sumqayıta gəlmiş 300-ə yaxın idmançı iştirak edərək, birincilik uğrunda mübarizə aparıblar. Nəzərinizə çatdırmaq istəyirik ki, yarışa Yardımlıdan gəlmiş yeddi idmançı da qatılıb. Onlardan Fərid Dadaşlı, Vasif Səfərli, Rəşad Ibayev qızıl, Rafiq Ağazadə, Əlhəm Əbişzadə, Şəmsi Əbişov gümüş, Səid Dadaşov isə bürünc medallara layiq görülüblər.

 

Yardımlının səfasından bəhrələnənlər, cəfasını çəkmək istəmirlər

Onları hamı tanıyır. Atalarının dövlətdən, xalqdan qamarladığı pullarla ürəkləri istədiyi tək yaşamış, yeniyetmə yaşlarından keyf edib, “mamasının gül balası” kimi böyüyənləri deyirəm. Sadə peşə adamlarının balaları Yardımlının o vaxt dəbdə olan  xörəkləri  “soğansu” dan, “südlü umac” dan yeyib, yamaqlı şalvarlarda gəzəndə, onlar dünyanın ləziz yeməklərindən təam edib, dövrünün ən yaraşıqlı paltarlarından geyinirdilər.

O qədər harınlamışdılar ki, bir qismi narkotikə qurşanır, bir qismi də atalarının çirkli pulları ilə müxtəlif elm ocaqlarına qəbul olunur və sonradan şəhərin ən görməli yerlərində mənzil alıb məskunlaşırdılar. Bu gün onların hər hansı birinə yaxınlaşıb, rayonumuzda mövcud olan ən kiçik sosial problemin həllində dəstək olmasını xahiş etsən, o qədər gözəl danışacaq ki, sadəlöflük edib inansanız, sizə elə gələcək ki, onun qədər ata-baba yurdunu sevən tapılmaz. Amma, real həyatda dili uzun olan bu adamların ürəksiz olduqlarının şahidi olacaqsanız...
Allah yenə də halal süfrədə böyüyüb, halallıqla ucalmışları qorusun. Onlar olmasaydı, dar gündə ümid yeri bilib, üz tutacağımız bir ünvan da tapılmayacaqdı. Bu gün ümid yerinə dönüb, Yardımlıya, yardımlılara arxa-dayaq olan, sözün əsil mənasında cəfakeş yurddaşlarımız da az deyil. Onların hər birini qədirbilən Yardımlı camaatı  yaxşı tanıyır və adları çəkiləndə qürur hissi keçirirlər. Amma, məni bir şey çox narahat edir, Yardımlının səfasından yetərincə bəhrələnmişlər arasında, bu yurdun cəfasını çəkmək istəyənlər tapılacaqmıg..
Səttar

 

Xanın bulağı - Xanbulaq

Mətbuatda, radio-televiziya verilişlərində köçürülmüş, xaraba qalmış kəndlər haqda çox danışılır. Belə kəndlər bizim rayonda - Yardımlıda daha çox olub. Oncəkələ, Ərvərəz, Köhnəqışlaq, Qarovuldaş, Deman, Abasallı, Vəlişli, Avaraq, Xanbulaq və onlarca başqaları. Bu kəndlər çox olduğu kimi, köçmə səbəbləri də o qədərdir. Elələri var ki, 1952-1953-cü illərdə dövlət sərhədinin ətrafında olduğu üçün məcburən köçürülüb. Elələrinin “cavanları” gedib şəhərdəki “rahatlığı”, üz-gözü rənglənmiş qızları görüb zirzəmilərdə, beton evlərdə yaşamağı üstün tutub, geri qayıtmayıblar, bəziləri isə əzazil təsərrüfat rəhbərlərinin, kolxoz sədrlərinin zülmünə tab gətirməyib, qonşu rayonlara üz tutublar.
Qəribə burasıdır ki, bu kəndlərin çoxu dağ döşlərindən, meşə kənarından köçüb, əks iqlimi olan rayonlarda məskunlaıblar. Qonşuluqdakı Xanbulaq kəndi gözlərimizin qabağında şam kimi əriyib yoxa çıxmışdı. Vaxtilə 50-60 təsərrüfatdan ibarət olan Xanbulaq yeddillik məktəb, bərbərxana, yeməkxana, kolxoz idarəsi və digər sosial-mədəni obyektlər olub. Bu kəndə girəndə adamı iki hiss çulğalayırdı. Ilk baxışda kəndin yerləşdiyi ərazinin füsünkar mənzərəsi, meşələri, dağları, yamacları adamları məftun edirdi. Ancaq bu hiss uzun sürmürdü. Uçuq-sökük divarları adamı qəm-qüssəyə batırırdı. Kənddən köçən axırıncı ailə 1987-ci ildə buranı tərk etmişdi. Bu vaxt ailənin tənhalıqdan, monotonluqdan, yeknəsəqlikdən cana doymuş kiçik yaşlı uşaqları sevinirdi.
Kəndlə vidalaşmaq vaxtı yaxınlaşırdı. Ev sahibi Zəkulla kişi ürəyində get-gedə ağır bir yükün əmələ gəldiyini hiss edirdi. Özünü nə qədər şən göstərməyə çalışsa da qəlbindəki hisslər təlatümə gəlmişdi. Ömrü boyu çoxlu qəzavü-qədərlərə, zamanın, həyatın ağır sınaqlarına mətinliklə, səbrlə sinə gərmiş insan bu dəfə dözə bilmədi. Ailə üzvləri bilməsin deyə özünüi gizli bir yerə verib hönkürtü ilə ağladı. Axı ömrünün 57 ilini keçirdiyi yerlərdən ayrılmaq ağır gəlirdi ona. O, ağlayandan sonra bir qədər yumşaldı, ürəyi sakitləşdi. Ömür-gün yoldaşı Şahbacı xala da yaman mütəəssir olmuşdu. Bir il əvvəl kəndən köçən son qonşusu Zeynəb nənəyə dediyi “vaxt gələr biz də köçərik, tənhalıqdan canımız qurtarar” sözlərin ağırlığını indi duydu.
Zəkulla əmiyə və Şahbacı xalaya qızları Bəsti, Qönçə təskinlik verməyə çalışırdılar. Onlar deyirdilər: “Əgər Xanbulaqda yayda çaldığınız tər otun iyindən bihuş olurduqsa, köçəcəyimiz yerdə bizi daha yaxşı işlər gözləyir.
Vəfalı Rekis (itin adı idi) də bununla barışmaq istəmirdi. O əvvəlcə ora-bura vurnuxur, narahat-narahat hürürdü. Sonra yır-yığış edən ailə üzvlərinin qabağında quyruğunu buladı, ayaqqabılarını yaladı. Sanki demək istəyirdi: “Getməyin!” Axırda sahibinin üzünə baxdı. Sahibi susurdu. Bu susmaqla demək isiəyirdi: “Köçmək nə qədər ağır olsa da lazımdır”. Rekis təslim oldu, köç yola düşdü. It qonşu kənddəki bir nəfərə, Zəkulla əminin qohumu Tarverdiyə tapşırıldı. Ertəsi gün vəfalı Rekis qayıdıb, sahibsiz həyətə gəldi. Səhərə qədər hürdü, həyət bacanı qurd-quşdan qorudu. Ancaq kimi və nəyi qoruyurdu. O bunu başa düşüb qonşu kəndə getdi və üç gündən  sonra öldü.
Bakdakı ağaclar da sahibsiz qaldı. Onlar fikirləşdilər ki, gərəksizdirlər. Onları əkib becərən insan xudahafizləşib gedib. Bu fikirlər onları üzüb əldən salmışdı, həzin-həzin ağlayırdılar. Arxın kənarındakı söyud ağacı tamamilə qurudu. Armud ağacı kökündən qopdu. Payızın küləkləri qoz ağacını sınıq-salxaq etdi.
Deyirlər, bulaq insan səsinə gəlir. Istifadəsiz qalmış Xanbulağın - Xan bulağı qurumuşdu. Qərinələr, əsrlər boyu yorulmadan axan, hey axan bu bulağa nə gəldig! Bu onun köçənlərə qarşı üsyanı idi, etirazı idi.
Indi hal-hazırda köçən kəndlərin çoxu geri qayıdıb, bərpa olmub, o cümlədən Xanbulaq kəndi.
Indi burada 8 ev var. Həyat öz axarı ilə davam edir. Inciyib-küsmüş bulaq geri qayıdanlarla barışıb əvvəlki tərzi ilə axır, coşub-daşır.
Gözləriniz aydın olsun, Xanbulaqlılar!!!

Rəhman Həsənov
Yeni Abidinli kənd əsas məktəbinin müəllimi

 

TƏBRIK

Cəsarəti, qeyrəti, milli təəsüfkeşliyi ilə insanların qəlbində yuva salmış, Azərbaycanın müstəqillik aktına imza atan siyasi liderlərdən biri, Azərbaycanın sayılıb-seçilən kişiləri sırasında yeri olan Mirmahmud Mirəlioğlunun 53 yaşı tamam olur. Ağanı bu münasibətlə təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

 

XƏBƏR

Yardımlı rayon Polis şöbəsindən aldığımız məlumata görə, 02 avqust 2009-cu il tarixdə rayon Polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Nazim oğlu Hüseynovdan 50 qram narkotik vasitə-heroin götürülmüşdür. Dindirmə zamanı S. Hüseynov bildirmişdir ki, narkotik vasitəni Yardımlı şəhər sakini Akif Əjdər oğlu Ataşovdan almışdır. Tədbirin davamı olaraq 1976-cı il təvəllüdlü A. Ataşovun evində axtarış aparılmış, evin həyətindəki qarajdan 0,5 kq-dan çox narkotik vasitə olan heroin tapılmışdır. Bundan əlavə Ataşovun evindən 1 ədəd penevmatik tir tüfəngi, 1 ədəd labaratoriya üçün nəzərdə tutulmuş avadanlıq, 1 ədəd “Sarsılmaz” adlı uzaq məsafəni yaxınlaşdıran cihaz, 1 ədəd kustar üsulla düzəldilmiş xəncər, 7 ədəd 7,62 və 5,45 kalibirli avtomat patronu, 1 ədəd TOZ-8 tipli silah üçün patron götürülmüşdür. Faktla bağlı rayon Polis şöbəsində tədqiqat aparılır.
Redaksiyadan: Bu günlərdə Sumqayıt şəhərində məskunlaşmış yurddaşlarımızdan, Kərbəlayi Şöhlət Mədətxan oğlu əlində bir topa kağız, redaksiyamıza gəlmişdi. Kağızları təqdim edib xahiş etdi ki, onlara nəzər salaq. Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidlidən bəhs edən bu kağızlar, Kərbəlayinin  Ölkə Prezidentinə, Milli Məclisin sədrinə, Daxili Işlər Nazirinə göndərdiyi məktubların surətlərindən və bu məktubların ünvanlarına çatdırıldığı barədə müəllifinə göndərilmiş xəbərnamə qəbizlərindən ibarət idi. Məktubların hər birində zəhmətkeş, təmənnasız bir insanın heyrətdən qaynaqlanan səmimi sözləri əks olunmuşdu...
Biz də öz növbəmizdə, xalqın ehtimadını qazanmış,öz yüksək insani keyfiyyətləri ilə Yardımlıda və Yardımlıdan kənarda yaşayan yurddaşlarımız arasında böyük nüfuz qazanmış Şamil müəllimə can sağlığı arzulayır, Allahdan uğurlar diləyirik.

 

Əhməd Əliyevə
kömək edən tapılacaqmı?

Evinə qaya parçası düşən
Şiləvəngə sakini çarəsiz qalıb

“Bir il əvvəl evimin ortasına düşən qaya parçasını çıxarmaq üçün müraciət etmədiyim yer qalmayıb. Amma bu günədək heç kimdən və ya heç bir qurumdan kömək görmmişəm”. Bu fikirləri Şiləvəngə kənd sakini Əhməd Əliyev səsləndirib. Ə.Əliyevin sözlərinə görə, ötən il mayın 13-də təxminən saat 12 radələrində evinə qayadan qopan böyük daş parçası düşüb. Baş verən hadisə zamanı Ə.Əiyevin evinin aarxa divarları da uçulub-dağılıb və ev sahibi dağıntıların altında qalıb. Xoşbəxtlikdən o, ciddi xəsarət almayıb. “Günorta olardı, evdə dincəlirdim. Birdən elə bir gurultu qopdu ki, az qala qulaqlarım tutulacaqdı. Ondan sonra nə baş verdiyindən xəbərim olmadı” deyən Ə.Əliyev hadisəni xatırlamağa çalışır. Onun sözlərinə görə, ayılanda evinin ortasında böyük bir daş parçası görüb. Ə.Əliyev həmçinin diqqətə çatdırıb ki, kənd camaatının köməkliyi ilə qaya parçasını evindən çıxarmaq istəsələr də, buna nail olmayıblar. Bundan sonra isə Ə.Əliyev müxtəlif dövlət strukturlarına teleqram vurub. Müraciətlər isə baxılması üçün Yardımlı rayon Icra Hakimiyyətinə ünvanlanıb.
Buna bənzər hadisə Şiləvəngə kəndində təqribən 20 il əvvəl də baş verib. Gecəyarısı kənd sakinlərinin birinin yataq otağına düşən qaya parçasının bir hissəsini camaat parçalayıb. Qalınını isə evin ortasında dərin quyu qazaraq basdırıblar.
Yaşı 70-i ötmüş Ə.Əliyev hesab edir ki, qəzetimiz vasitəsilə etdiyi şikayət lazımi orqanlara çatacaq və evinə düşmüş qaya parçasının çıxarılmasına yardımçı olanlar tapılacaq.

 

Yardımlıda xəstələri təmənnasız əməliyyat etməyə hazıram

Şakir Ibrahimli: “Imkansızlar üçün bu çox vacibdir”

Yardımlı əsilli tanınmış ziyalılardan biri də doktor Şakir Ibrahimlidir. Azərbaycanın tanınmış cərrahlarında biri olan Ş.Ibrahimli həm də xeyriyyəçiliyi ilə tanınıb. Onunla söhbətimizdə rayonun problemlərini müzkirə etdik.

- Yardımlıdan gələn xəstələrə yardım göstərməyi təkcə xeyriyyəçilik hesab etmirəm. Buna həm də vicdan borcu kimi baxıram. Çünki Yardımlıda doğulmuşam və orada böyüyüb, boya-başa çatmışam. Yaxşı bilirəm ki, Yardımlıdan Bakıya gələn xəstələrin əksəriyyətinin nəinki imkanı, hətta qalmağa yeri yoxdur. Ikincisi Yardımlıdan gələn hər bir xəstənin maliyyə cəhətdən çətinlkiləri var. Tibbi yardım pulsuzdur. Amma elə dərmanlar var ki, onu almaq lazımdır. Məsələn qan dövlət tərəfindən istehasml ounmur, donorlar tərəfindən verilir. Belə olduqda təbii ki, xəstə qanı pulla almalıdır. Başa düşürəm ki, mənim köməyim olmadan onlar böyük problemlərlə üzləşəcəklər. Indi həkimlərin də çətinlikləri, sıxıntısı var. Yəni onların da əmək haqqı istənilən səviyyədə deyil ki, onlar həm öz ailəsini dolandırsın, həm də başqalarına maliyyə yardımı etsin. Amma buna baxmayaraq vətəndaşlarımıza köməklik etməyə hazırıq. Təkcə Yardımlıdan gələn xəstələrə yox, digər rayonlardan olanlara da yardım edirik. Amma yurddaşlarımıza kömək əli uzatmağı özümüzə vicdan borcu sayırıq. Ona görə ki, rayonda üzü ağ görünmək istəyirik.
- Rayona tez-tez gedirsiz?
- Mən 17 il Rusiyada yaşamışam. Həmin illərdə belə tez-tez doğma yurduma baş çəkmişəm. Indi də heç olmasa ildə 3-4 dəfə Yardımlıya gedirəm. 2 ay məzuniyyətim olubsa, onun heç olmasa 1 ayını rayonda keçirmişəm. Orada ziyalılarla görüşmüşəm, tanımadığım insanlarla tanış olmuşam. Bu işdə doktor Hacı Himayətin mənə böyük köməkliyi olub. Çalışıram ki, övladlarım öz doğma yurdlarını tanısınlar. Onlar Xarkovda anadan olsalar da, soruşanda ki haralısan, qürurla “Yardımlıdanam” deyə cavab verirlər. Dağ adamları bütöv və saf adamlr olurlar. Çalışıram ki, uşalar da belə olsun. Amma təbii ki rayonu görməlidirlər. Yardımlıda tanıdığım insanları övladlarım da tanıyır. Yardılıda bütün xeyir işlərdə, həmçinin yas mərasimlərində iştirak edirəm.
- Rayonda tez-tez olursuz. Hansı problemlər sizi daha çox narahat edir?
- Təkcə Yardımlıda deyil, istərdim ki, bütövlükdə Azərbaycanda əminamanlıq olsun. Bütün rayonların yolu yaxşı olsun, bölgələrdə iş yerlərinin sayı çoxalsın. Bu gün Gədəbəydən çıxan ziyalınının elə bir imkanı iyodur ki, həm Gədəbyə, həm də Yardımlıya kömək etsin. Hər birimiz öz anadan olduğumiuz yer üçün nəsə etməyə çalışsaq, bütövlükdə Azərbaycan çiçəklənər. Rayonumuzun ən böyük problemi yolla bağlıdır. Düzdür, Masallı-Yardımlı yolu yaxşıdır. Amma kəndarası yollar və Cəlilabad-Yardımlı yolu pis vəziyyətdədir. Cəlilabad-Yardımlı yolu hər iki rayonun 100-dən çox kəndini əhatə edir. Prezidentin göstərişi ilə bu yolun tikintisi də plana salınıb, bir neçə kilometri çəkilib. Dünyada gedən iqtisadi böhran təbii ki, bu işə də öz təsirini göstərdi. Rayonda istehsalat sahələrinin açılmasına böyük ehtiyac duyulur. Inasanların iş yerləri olmalıdır ki, rayonu tərk etməsinlər. Təkcə heyvandarlıqla məşğul olmaqla problemlər öz həllini tapmır. Ikinci tərəfdən Yardımlıda böyük heyvandarlıq fermalarının yaradılması mümkün olmadı. Insanlarda ancaq öz şəxsi təsərrüffatları qaldı. Bu o deməkdir ki, təkcə bu sahəylə iş bitmir. Əkinçilik üçün də münbit coğrafi və iqlim şəraiti yoxdur. Ümumiyyətlə bu gün dövlətin köməyi olmadan Yardımlı özü heç nə əldə edə bilmir. Yaxşı olardı ki, hansısa addımlar atılsın. Xalçaçılığı, turizmi, tütünçülüyü inkişaf etdirmək zəruridir. Rayonun Cənubi Azərbaycanla əlaqələrinin yaradılması üçün gömrük məntəqəsinin açılması daha müsbət nəticələr verə bilər. Digər rayonlarla məhsul mübadiləsi etmək olar. Naxçıvanla Iran arasında belə bazar var. Həftənin 2-3 günü heç bir viza olmadan həm Naxçıvan, həm də Iran vətəndaşları öz məhsullarını həmən bazara çıxarırlar. Bu formanı dövlət nəzarəti altında Yardımlıda da təşkil etmək mümkündür. Belə oduqda əhalinin rifahı xeyli yaxşılaşar.
- Mütəxəssisi kimi rayonun səhiyyəsni necə qiymətləndirirsiz?
- Yardımlı Mərkəzi Xəstəxanası yüksək səviyyədə təmir olunub. Başqa rayonlarda bəlkə də belə xəstəxana yoxdur. Amma yaxşı olardı ki, orada tibbi avadanlıqlar da olsun. Orada cərrahiyyəni inkişaf etdirmk üçün bütün şərait var. Salyan da daxil olmaqla cənub bölgəsini əhatə etməklə ümumi cərrahiyə üzrə təkcə mən ixtisaslaşmışam. Bu bölgədən ağır xəstələr olanda dəfələrlə məni çağırıblar. Gedib, təmənnasız yardım göstərmişəm. Bakıya gəlmək imkanı olmayan şəxsləri, Biləsuvarda və digər rayonlarda əməliyyat etmişəm. Yardımlarımı burada da əsirgəmirəm. Masallıda özəl cərrahi şöbə açılıb. Mən təmənnasız orada cərrahiyyə əməliyyatları aparmışam. Oradakı həkimlərin bir çoxu təcrübəsini artırıb, indi sərbəst işləyirlər. Yardımlı üçün də belə tibbi xidmət yaratmaq olar. Ən başlıcası mənim buna çox böyük həvəsim var. Yardımlıda anestezioloji xidmət (Xəstəyə narkoz verilməsi) təşkil olunmalıdır. Çünki cərrahiyyə bunsuz mümkün deyil. Orada narkoz verən həkim olsa hər şənbə gedib rayon şəraitində cərrahiyyəsi mümkün olan insanları əməliyyat edə bilərəm. Vaxtilə bu barədə doktor Hacı Himayətlə danışmışdıq. Nəyə görə Bakıya gəlmək imkanı olmayan rayon adamları orada cərrahiyyə əməliyyatı olunmasıng Öz maşınımla gedib, rayon şəraitində mümkün olan cərrahiyyə əməliyyatları apararam. Bu işi yerli cərrahların iştirakı ilə görə bilərəm. Əvvəlcədən yerli qəzetlərdə elan verərik ki, əhalinin bu tədbirlə bağtlı məlumatı olsun. Bundan başqa ambulator xəstələri müayinə edərik. Ehtiyac olarsa ara günlərdə də xəstələrə baxmaq olar.
- Bundan sonra dediyiniz işi reallaşdırmaq olar?
- Sonradan mənə rayondan təkliflər gəlmədi. Xəstəxana rəhbərliyinin arzusu olsa və təkliflə mürciət etsə, başqa rayonlar üçün etdiklərimiz işi Yardımlı üçün böyük həvəslə görərdik.
- Həm də Tibb Universitetində müəllim kimi fəaliyyət göstərirsiniz. Yardımlıdan bu ali təsil müəssisəsinə kifayət qədər tələbələr qəbul olunurmu?
- Tibb Universitetinin cərrahi xəsitəliklər kafedrasınnı professoruyam. Adıçəkilən təhsil müəssisəsinin tibbi kliniki bazası yoxdur. Ona görə də, kafedramız Respublika Klinik Xəstəxanasının bazasında yerləşir. Dərs dediyimiz tələblər arsında Yardımlıdan olan gənclər var. Mən heç vaxt onlarla digər yerdən olan tələbələr arasında fərq qoymuram. Amma qürur hissi ilə deyə bilərəm ki, bizim rayondan heç vaxt zəif tələbə gəlmir. Mənim Əli adında bir tələbəm var idi. O, pediatriya fakültəsində təhsil alırdı. Soradan rayona qayıtdı. Təəssüf ki, valideynləri onu tez evləndirdilər. Dərs başa çatandan sonra növbəti mühazirənin hansı mövzuda olacağını tələbə deyirəm ki, təsəvvürlərinin yaranması üçün ədəbiyyat tapıb, oxusunlar... Cümlənin əvvəlini başlayanda, axırınını Əli davam etdirirdi. Onun taleyinin necə olması barədə xəbərim yoxdur.
- Tibb Universitetində təhsil alan tələbələr sonradan rayona qayıtmaq istəmirlər. Bu da rayonda kadr çatışmazlığı yaradır. Bu problemi necə həll etmək olar?
- Onların bir çoxunun Bakıda qalması təbiidir və lazımdır. Amma bir qismi də rayona qayıtmalıdır. Amma həkimlərin orada işləməsi üçün müəyyən şərait yaradılmalıdır. Məsələn mən cərrah kimi Yardımlıya qayıdıramsa, orada uzi, ultrasəs aparatları olmalıdır. Bu cihazları işlədə bilən mütəxəssislər lazımdır.  Bu çox xırda məsələdir. Bəxtim elə gətirib ki, 1979-cu ildə keçmiş SSRI-də bu sahədə çalışan 4 nəfərdən biri mən olmuşam. Ultrasəs cərrahiyyənin inkişafında SSRI-də böyük xidmətlərim olub. Öz rayonumuza bu köməkliyi də edə bilərəm. Düzdür, Yardımlıdan bir cavan həkim gəldi və mən ona bir aylıq kurs keçdim. Indi həmin aparatın talyeinin necə olması barədə xəbərim yoxdur. Mədəyə baxmaq üçün endoskop aparatı olmalıdır. Mədə qanaxması olan xəstəni bu aparat olmadan necə əməliyyat etmək olarg Bunun əldə edilməsi elə də problem deyil, ucuz cihazdır. Kim istəyir gəlsin, mən bir ay ərzində təmənnasız bu cihazla işləməyi ona öyrədim. Dövlət xətti ilə gələ bilmirsə özəl xəstəxanalarda tanış həkimlərdən xahiş edərəm ki, ona pulsuz kurs keçsinlər. Təkcə fenendoskop və ya əllə əməliyyat aparmaq mümkün deyil. Heç olmasa Masallıda pataloji-anatomik labaratoriya təşkil edilməlidir ki, o böləgədə analiz aparmaq reallaşsın. Bu şərait olmasa Tibb Universitetinin tələbələrinin hamısını ora göndərməyin nə mənası varg Bir də rayona qayıdanların hamısı cərah işləmək istəyir. Bəs uzi və digər cihazlarda kim çalışmalıdır?
- Dəfələrlə rayondan gələn insanlara yardım əli uzatmısız. Onların müalicəsindən başqa maddi kömək etdikləriniz də olub. Rayonun insanları, onların mənfi və müsbət xüsusiyyətləri haqqında nə deyə bilərsiniz?
- Hər bir bölgənin çətin və asan adamları var. Insanları yaxşı və pisə bölmürəm. Nə ixtiyarım var ki, Allahın yaratdıqlarına pis deyimg Mürəkkəb insanlarla yanaşı xeyrirxah, alicənab insanlarımız da çoxdur. Sadəcə iqtisadi vəziyyətin pis olması ucbatından insanların bir-birinə münasibəti də dəyişir. Bu faktı da nəzərə almaq lazımdır. Yardımlıdakı iqtisadi çətniliklər insanların xarakterinə də təsirsiz ötüşməyib. Amma saflığımızı da vurğulamaq lazımdır. Bəlgə pis dediyimiz insanın ağır problemi var. heç kim ona kömək etmək istəmir və çarəsizlikdən pis olur. Amma bütövlükdə bəlkə də pis insan deyil. Bütövlükdə mənim üçün türk məfhumu var. Yardımlı, Şamaxı, Naxçıvan - ümumiyyətlə bütün Azərbaycan bizimdir. Yardımlıdan yüksək səviyyəli, hüquqşünaslar, iqtisadçılar və digər sahələrdə çalşan mütəxəssislər yetişib. Sadəcə onlar 8 milyon əhalinin içində elə əriyiblər ki, gözə görsənmirlər. Məsələn ölkədə 10 yaxşı hüquqşünasdan biri-ikisi Yardımlıdandır. Bu fikri digər sahələrə də aid etmək olar. Əslən Yardımlıdan olan insanlar hansı zirvəyə çatırsa, ancaq öz hesablarına buna nail olurlar. Istərdim ki, belə adamlarımızın sayı çox olsun.

Əli Zülfüqaroğlu

 

Haqqı və hüququ birləşdirən insan

 

Təsadüfi görüş...
...Və ya qalstuksuz prokuror

 

Həyatda dəyərli insan olmaq, sözün həqiqi mənasında insani dəyərləri özündə yaşatmaq çox çətindir. Amma bu çətinliyin içində də bir şərəf və ləyaqət yaşayır. Bu dünyada haqqı qorumaqla, haqqı sevməyin sərhədləri çoxdan bir-birindən aralı düşüb və bu mənada nə qədər təəccüblü və təəssüfdoğurucu olsa da Isa peyğəmbərə hökm oxunandan bəri qanunla haqqı bir ömürdə yaşadanlar çox azdır. Azdır... amma yox deyil... Bizim yazımızın qəhrəmanı Sabir müəllim kimi.

 

Bəlkə də bu yarımbaşlığımız yerində olmayacaq. Amma söz elə bir zirvədir ki, ona xəyanət etmək olmaz. Bu zirvədə sənə nə hökm olunursa onu da deməlisən. Buna görə də böyük Alman yazarı Hötenin “səmimi olmağa söz verirəm, tərəfsiz olmağa, əsla” prinsipini biz də əsas götürürük... ... Az öncəyə qədər Füzuli rayon prokuroru vəzifəsində çalışan Sabir Abdinovla ilk görüşümüz tam təsadüfən baş vermişdi. Beyləqan rayonunda bir məclisdə rastlaşmışdıq. Yeri gəlmişkən sonradan Sabir müəllimi daha yaxından tanıyandan sonra belə bir insanla ilk görüşün bu şəraitə təsadüf etdiyinə bir qədər də təəssüf etdim. Bu görüşdə doğma rayonumun o vaxta qədər tanımıdığım (bu faktın özü də çox məqamdan xəbər verir, çünki adətən prokurorlar fyəaliyyətinin ilk aylarındaca yaratdıqları xofla bütün rayonda tanınırlar) prokuroru mənə doğmalaşdırmaqla yanaşı, həm də təsəvvürümdəki bir çox görüşləri də darmadağın etdi. Qarşımda “qalstuksuz prokuror” əyləşmişdi. Amma bu azmış kimi Sabir müəllim çox az bir zaman ərzində o məclisdə əyləşən və özünü hər şeydən xəbərdar kimi göstərən qonaqlara birmənalı şəkildə qəbul etdirməklə yanaşı IDEAL PROKUROR, LAYIQLI VƏTƏNDAŞ, GÖZƏL INSAN obrazı yaratdı. Səmimi şəkildə etiraf edim ki, o zamana qədər Süleyman Rəhimovun “Qanun naminə” əsərindəki qəhrəmanın reallıqda mövcud ola bilməyəcəyini düşünürdüm. Sabir müəllim bu düşüncəni nəinki məhv etdi, həm də hər birimizdə müstəqil Azərbaycanın prokuror, dövlət məmuru obrazını yaratdı. Bundan sonra Sabir müəllimlə yenə görüşəcəkdik, telefonla danışacaqdıq. Amma mənim yaddaşımda həmin təsadüfi görüş qaldı: qalstuksuz prokuror, LAYIQLI VƏTƏNDAŞ və sözün həqiqi mənasında, Tanrının belə Adəmə görə mələklərə verdiyi sözə bəlkə də təəssüf etdiyim zamanımızda ƏSL INSAN...

 

Türk Aydını...

 

Beyni nə dərk etdisə, ad verdi insan ona və beləcə, ilk öncə söz yarandı. Tanrı sözü. Sonra yer, göy, insan, torpaq... və tarixin hansısa o uzaq anında, sözün Tanrı pıçıltısının paklığına qovuşduğu zamanda kiminsə dilindən bir söz çıxdı: TÜRK. Kimə, nəyə deyildi bu sözg Ilk dəfə hansı formada, hansı anlamda işləndi görəsəng Min illər sonra yerlə, göylə əlləşən, səmanın gözə görünməzliyinə belə nüfüz edə bilən alimlər baş sındırdı bu sözün ilkin forması, anlamı üzərində. Amma çifaydag! Türk sözü kimsəyə sirrini açmadı. Tanrı sehrinin çərçivəsindən çıxmadı. Sanki Tanrı dili ilə Tanrı dərgahında söylənmişdi bu söz: “Tenri teg tenride bolmuş Türk”. Yəni Tanrı kimi göylərdə doğulmuş, Tanrıya qovuşmuş. Elə isə dünyada türk kimi doğulmaqdan böyük xoşbəxtlik varmıg Adına türk deyilən millət duyurdumu bu xoşbəxtliyi görəsəng Bəlkə də duyurdu, amma çox sonralar ötən əsrin əvvəllərində Qazi Mustafa Kamal Paşanın dili ilə ifadə etdi: “Nə mutlu türküm” deyənə!”...

 

...Türk olmaq özü bir Tanrı mutluluğudur. Belə mutluluğu dərk edən, bütün fəaliyyəti boyu bu xoşbəxtliyi yaşadan bir insan kimi Sabir müəllim həm də millət, vətən fədaisi olduğunu əməli və həyatı ilə ortaya qoyub. Türk olaraq doğulmaq Tanrının verdiyi bir şərəf, üstünlükdürsə, həyatını da bu üstünlük üzərində qurmaq, türk kimi şərəflə yaşamaq insanın özünün ucaldığı bir zirvədir. Necə ki, Sabir müəllim bu zirvəni fəth edib. Sabir müəllimin hamının qloballaşma, qərbləşmə və bu kimi digər soy-kökdən, türk zirvəliyindən uzaqlaşma xırdaçılığına vardığı bir dönəmdə əsl bir türk kişisi, türk insanı olaraq yaşaması çoxlarında həsəd hissi yarada bilər. Insan yer üzünün əşrəfidir deyirlər. Amma zaman-zaman insan öz fövqəlliyindən aşağı düşüb və Tanrı milyonlarların içindən seçilmişləri, öz sevimli bəndələrini yenidən insanlıq yüksəkliyinə qaldırıb. Tanrı öz nurundan bəxş edib bu  insanlara. Tanrı nuru sahibləri işıqlı insanlardır. Aydın adlanır belələri. Sabir müəllim sözün bütün mənalarında əsl insan ucalığında duran, aydın kimi tanınan və aydın olaraq ətrafına, yaşadığı cəmiyyətə işıq saçan bir kəsdir. Bəlkə də bu qədər günah və şər girdabında olan dünyamız elə Sabir Abdinov kimi aydın insanların üzünün nuru hesabına yaşayır.

Sözün sehri

..Öncə Söz yarandı. Bütün yaranış bir “ol” sözündən var oldu. Sonra beynin çevrədən dərk etdiyi nəyəsə ad verdi insan və beləcə Söz yarandı. Sanki yaratdığının sehrinə düşdü, gözəlliyinə, gücünə vuruldu insan. Bu vurğunluğun sehrində yaşaya-yaşaya yaratdı, yarada-yarada yaşatdı. Yaradılmışın (sözün) sayı yaradanın (insanın) sayın keçdi. Yaradıldıqca, çoxaldıqca insan üçün adiləşdi söz. Zifaf gecəsi gərdək əvəzinə əyyaşlar məclisinə atılmış bakirə qız kimi təkrar-təkrar çeynəndi və gözəlliyini, ilkin müqəddəsliyini itirdi söz. Sevərək də öldürmək olurmuş. Insan sözü sevə-sevə, bu sevgi təsirindən yarada-yarada öldürdü.

 

Amma bu çox sonralar (bəlkə də sözün su qiyməti aldığı zamanımızda) oldu. Öncə yaranan söz isə Tanrı nəfəsi qədər pak, müqəddəsdir. O öncül, ilkin sözlər hansısa gözəgörünməz qüvvəylə sonədək bakirəliyin saxloadılar. Əyyaşlıq bu gözəlliyə toxunmaq gücündə deyildi. Ilk öncə söz yarandı. Tanrı sözü. Sonra yer, göy, insan və s... Tanrı bütün yaratdıqlarını da elə öz Sözünə görə yaşatdı. Çünki bütün zamanlarda (hətta dünyanın günah dağarcığından başqa heç nə olmadığı çağımızda da) Tanrı Sözünü yaşadanlar, Söz müqəddəsliyinin keşiyində duranlar olub, var və olacaq. Aydın adlanır belələri. Aydın zamanının qaranlıq fonunda bir işıqdır. Tanrı qaranlıq bir fonda bir nöqtəyə öz nurunu saçır. Aydınlar da Tanrı nurunun şüasını əks etdirənə qədər qaranlıq fon tərəfindən sıxılır. Ağacın kölgə salması üçün onun günəş şüasının istisinə tablaşması lazımdır, nağara musiqi əmələ gətirmək üçün sillə zərbələrinə dözməlidir... Ətraf, insan bəlkə də bunun fərqində deyil. Kölgədə ağacın, musiqidə nağaranın əzabı xatırlanmır. Aydın və zaman münasibəti də belədir. Sabir müəllimin özəlliyindən ən üstünü onun Aydın olaraq hər kəsə örnək ola biləcək bir həyat yaşaması ilə yanaşı içində Tanrı sözü yaşatması və bu sözü qələmə alaraq yazmasındadır. Istisasca hüquqşünas olan və prokurorluq sistemində çalışan bir şəxs kimi Sabir müəllimin şerləri məndə də təəccüb yaratdı. Düzdür, şairlik ayrıca bir sənət deyil və Azərbaycanda müxtəlif peşə sahiblərinin şer yazmaları sanki ənənə halını alıb. Amma Sabir müəllimin qələmindən çıxanlar bu sıradan deyil. Tək bir faktı qeyd etmək kifayətdir ki, bu gün də dillər əzbəri olan və çoxlarının ruhun oxşayan “Mənə dəniz verin” mahnısının sözləri S.Abdinova məxsusdur. Belə mahnılarsa onlarladır. Bəlkə də səhv edirik, amma Sabir müəllim Azərbaycan prokurorluq sistemində sözə bu qədər bağlı olan yeganə adamdır.  

 

Ədaləti ədalətsizliklə bərpa etmək olmaz

Amma bütün bunlarla yanaşı Sabir müəllitm müstəqil Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi IDEAL PROKURORdur. Bu isə hər şeydən üstündür. Çünki qanunun aliliyinin keşiyində duran, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi bir vəzifənin icrası məhz S.Abdinovun haqqıdır. Haqqı və hüquqnu özündə birləşdirən bir insan kimi Sabir müəllim hər bir vətəndaşın qürur duyduğu bir prokurordur.
1918-ci il oktyabrın 1-də formalaşdırılmış Azərbaycan prokurorluq sistemində isə belə kadrlara hədsiz ehtiyac var. 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz Heydər Əliyev qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr barədə demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Sabir müəllim bütün peşə fəaliyyəti boyu daşıdığı vəzifənin yükünün ağırlığını və məsuliyyətini yetərincə dərk edərək bu etimadı doğrultmuş və bu gün də bu çətin və şərəfli missiyanı davam etdirməkdədir.
Hər kəsə bəllidir ki, hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. Insanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür. S.Abdinov harda işləməsindən asılı olmayaraq hər zaman bu prinsipləri gözləmişvə özünü əsl peşəkar kimi doğrultmuşdur. Işlədiyi dövr ərzində Sabir müəllimin apardığı cinayət işlərinin istintaqı və bu işlər üzrə məhkəmədə dövlət ittihamının müdafiəsi göstərmişdir ki, o Azərbaycan xalqına, milli dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməyə, qanunla ona həvalə edilmiş bütün vəzifələrin öhdəsindən layiqincə, bacarıqla gəlməyə qadirdirlər.
Müstəqil Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası proseslərinin daha intensiv xarakter aldığı son bir ildə Azərbaycanın prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələrinin prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səmərəli tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Inamla deyə bilərik ki, Azərbaycan Prokurorluğu bundan sonra da ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiə olunması işinə layiqli töhfəsini verəcək və bu sahədə də Sabir Abdinov imzası hər zaman öz parlaq işığı ilə fərqlənəcəkdir.

Son söz əvəzi..
...Və ya dost borcu

Bu yazıda bilərəkdən Sabir müəllmin tərcümeyi-halına geniş yer vermədik. Bununla, həm də Yardımlı rayonunda anadan olmasına rəğmən onun əsl VƏTƏNDAŞ kimi bütövlükdə Azərbaycana aid olmasını qabartmaq istədik. Artıq Sabir müəllim həm də füzulilər üçün həmyerli sayıla bilər. Amma biz bu yazını bir dost vəzifəsi bilərək yazdıq. Həm də Sabir müəllimin bizə, bizim də ona bir dost borcumuzun olduğunu xatırlatmaq istədik...
... Elə ilk görüşümüzdə Sabir müəllim Füzulini, mən isə Yardımlını tərifləmişdim. Sonra da “Yardımlıdan nə qədər dostlarım olsa da bu rayona bir qonaq aparan yoxdur”-demişdim. Bu dəvəti Sabir müəllim boynuna götürdü... Elə ordaca Sabir müəllimin bir şerini eşitdim. Burda o şerin bir bəndini xatırladım öz borcumuzu demək istərdik:
Bağlı qalıb hər qapı,
Kim oynasın qartopu.
Mənə bir uşaq tapın
Füzuliyə qar yağır...
Bu da bizə borc olsun, Sabir müəllim. Füzulidə, Ağdamda, Şuşada, küskün ruhların sevinci kimi yağan qarda uşaqların qartopu oynamasını təmin etmək də bizim boynumuza düşdü.
Nəsimi

 

Yardımlının kənd təsərrüfatı məhv olmaq təhlükəsindədir

Əhali ünvanlı sosial yardım və pensiyanın ümidinə qalıb

Havaların qeyri sabit keçməsinə baxmayaraq respublika üzrə taxıl biçimi demək olar ki, başa çatıb. Ümumi nəticələr deməyə əsas verir ki, əvvəlki illərlə müqayisədə cari ildə taxıl yığımında xeyli irəliləyiş müşahidə olunur. Yəni ölkə üzrə əldə edilən taxılın həcmi ötən illərlə müqayisədə artıqdır  ki, bu da əhalinin taxıla olan tələbatının qismən də olsa ödəməsinə şərait yaradacaq. Bu il taxılın artmasına səbəb təbii ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin inkişafı məqsədilə həyata keçirdiyi aqrar siyasəti göstərsək heç də yanılmarıq. Kənd təsərrüfatı sahəsinə subsidiaların ayrılması, fermerlərə əlavə olaraq istifadə etdikləri yanacaca görə kompensasiyanın ödənilməsi və ən nəhayət kənd əməkçilərinin  kimyəvi gübrələrlə təmin edilməsi taxıl istehsalının artımında xüsusi rol oynayıb. Təssüf ki, dövlət tərəfindən yaradlılan belə imkanlardan bütövlükdə ölkə vətəndaşlarının hamısı yararlana bilmir. Xüsusən, dağ rayonlarında yaşayan insanlar sadəcə müəyyən miqdarda edilən yardımı almaqla kifayətlənməli olurlar. Kənd təsərrüfatı sahəsinin inkişafına təkan verən ən vacib vasitələrdən olan aqro-servis xidmətləri və kimyəvi gübrələrdən istifadə olduqca aşağı səviyyədədir. Belə vəziyyəti ölkənin ən ucqar dağ rayonlarından olan Yardımlıda asanlıqla müşahidə etmək mümkündür.

Texnika üçün qonşu
rayonlara müraciət edilir

Qeyd edək ki, hələ sovet dönəmindən Yardımlı rayonuna bir o qədər fikir verilmədiyindən ümumi inkişafdan geri qalan rayon ümidini  kənd təsərrüfatı sahəsinə bağlayıb. Ancaq bu heç də o demək deyil ki, rayon kənd təsərrüfatınin inkişafı  baxımından öndə gedir. Əslində rayon əhalisi kənd təsərrüfatından əlavə gəlir götürmək deyil, sadəcə dolanışıq üçün istifadə edir. Vaxtilə rayonda Maşın-Traktor Stansiyası olduğundan əhali texnika və gübrə sahəsindən bir o qədər də əziyyət çəkmirdi. Bununla da əlavə tələbatını ödəmək üçün şans əldə etmiş olurdu. Artıq MTS-lər ləğv olunub, bütün texnikalar işçilər arasında bölüşdürülüb. Vətəndaşlar isə kənd təsərrüfatı təyinatlı texnikanı sataraq ailə üzvlərinə pensiya “düzəldiblər”. Bunula da rayonun texniki bazası dagıdılıb və kənd təsərrüfatı sahəsinin geriləməsi baş verib. Artıq rayon ərazisində ümumiyyətlə kənd təsərrüfatı texnikasına rast gəlmək mümkün deyil. Elə buna görə də  biçin vaxtı əhali texnaka üçün qonşu Masallı və Cəlilabad rayonlarına müraciət etmək məcburiyyətində qalır.

Rayon əhalisinin ailə təsərrüfatı barədə bilgisi yoxdur

Ötən əsrin doxsanıncı illərin əvvəllərində respublika üzrə aparılan torpaq islahatı Yardımlıda da həyata keçirilib. Elə o vaxtdan torpaq sahibinə çevrilən sakinlər həvəslə öz ərazilərini əkməyə başlayıb. Ancaq proses orta əsrlərə xas olan  üsullarla həyata keçirildiyindən uğurlu nəticə əldə etmək mümkün olmayıb. Elə indinin özündə də insanlar qədim dövrlərdə olduğu kimi bellə yeri şumlayır, oraqla biçir, taxılı dəyənəklə döyülər. Bu isə böyük qüvvə və fiziki güc tələb edir. Rayon əhlinin təbirincə desək, belə ağır işi görmək üçün adam “teksun” yox, kərə yağı yemək lazımdır. Bu səbədən  əhali buğda əkinindən tamamilə uzaqlaşıb. Artıq rayon əhalisi ünvanlı sosial yardım və pensiyaların ümidinə qalıb. Demək olar ki, rayn ərazisində dövlət orqanlarımnda çalışanlardan başqa heç kim işləmir. Dövlət orqanlarında çalışanlar isə günortaya kimi rayonun mərkəzindəki “Nizami” adına klubun qarşısında duraraq dağılışırlar. Son illərdə ölkə üzrə taxıl qıtlığı yarandığından və xüsusən taxıl əkini ilə məşğul olanlara əlavə yardım verildiyindən əhalinin bir qədər buğda əkininə marağı artıb. Ancaq etiraf edilməlidir ki, yenə də taxıl əkini və biçini zamanı  eyni proses həyata keçirilir. Yəni rayon üzrə kəndə təsərrüfatı texnikası olmadığından əkin-biçin primitiv üsullurla aparılır ki, bu da vətəndaşlara qətiyyən sərfəli deyil. Indi rayon əhalisi biçin vaxtı qonşu rayonldarın ümidinə qalır. Yığım mövsümündə qonşu rayonlardan cəmi bir kombayn gətirmək mükün olur ki, onunla da  taxılın hamısını yağıb başa çatdırmaq müşkül məsələdir. Çünki istismar baxımından aşılanmış kombayın tez-tez xarab olduğundan biçini vaxtında başa çatdırmaq mümkün olmur. Nəticədə yağan yağış taxılın örüşdə məhv olmasına səbəb olur ki, bunula da əhalinin aylarla çəkdiyi əziyyəti hədər gedir. Belə halda nəinki məhsuldarlıqdan, heç əhalinin minimum tələbatının ödənilməsindən söhbət gedə bilməz. Rayon sakinlərinin bildirdiklərinə görə, hazırda aqro-servis xidmətindən danışmaga dəyməz. Texnikanın olmaması bir yana, heç əkilən buğdaya kimyəvi gübrələrin verilməsi əhalinin ağlına belə gəlmir. Çünki kimyəvi gübrələrin hansısa rayondan alınaraq gətirilməsi üçün kifayət qədər vəsait tələb olunur. Bu isə sakinlərin maddi durumu baxımından sərfəli deyil. Kənd təsərrufatının inkişafı məqsədilə tələb olunan aqrar qaydalara riayət edilməməsi nəticəsində rayonda sahibkarlığın inkişafı geridə qalıb. Digər tərəfdən, rayonda ailə təsərrüfatlarının yaradılması barədə məlumat olduqca azdır. Baxmayaraq ki, bu məqsədlə müvafiq qanunvericilik bazası yaradılıb və ailə təsərrüfatının yaradılması üçün bütün imkanlar təmin edilib və ailə təsərrüfatlarının yaradılması müsbət nəticələrini verməkdədir. Ancaq bundan tamamilə xəbərsiz olan rayon camaatı düşünür ki, öz illik tələbatını ödəyə bilməyən fiziki şəxs necə sahibkara çevrilə bilərg 

Rayonun iqtisadi
potensialı məhv edilir

Bütün bunlara baxmayaraq rayonun iqtisadi cəhətdən inkişafı üçün potensialı kifayət qədərdir. Üstəli bir sıra kənd təsərrüfatı sahələrini inkişaf etdərmək üçün ənənələr də mövcuddur. Məsələn, vaxtilə rayonda üzümçülük, tütünçülük, çuğundur əkini, maldarlıq, arıçılıq  geniş yayılmış sahələrdən sayılırdı. Rayonun tədarük məntəqəsi qonşu rayonlara da məhsul çıxarılmasına imkan verirdi. Düzdür Yardımlının coğrafi mövqeyi bütövlükdə rayon ərazisində texnikanın işləməsinə imkan vermir. Ancaq əkin üçün yararlı olan kifayət qədər ərazi mövcuddur ki, Həmin ərazilərdən səmərəli istifadə etməklə rayon əhalisnin tələbatını ödəmək mümkündür. Ancaq nədənsə regionların sosial iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramının icrası baxımından Yardımlıda arzuolunan səviyyədə iş aparılmır. Əslində sadalanan sahələrin inkişaf etdirilməsi bir o qədər də böyük həcmdə vəsait tələb etmir. Çünki bunun üçün kifayət qədər iqtisadi potensial və təcrübə mövcuddur, sadəcə bu tədbirləri həyata keçirmək üçün istək olsun. Yerli icra strukturları isə bu kimi problemləri həll etmək əvəzinə rayonda xarici ölkələrdən gətirilmiş bahalı dekorativ bitkilərin əkilməsinə üstünlük verir. Bunun nəticəsidir ki, rayonda meyvə bağlarının kökü kəsilmək üzrədir. Əslində isə  sadalanan sahələrin dirçəldilməsi, konkret olaraq meyvə bağlarının sayının artırılması hesabına rayonda müxtəlif istehsal sahələri yaratmaqla yeni iş yerlərinin açılması  və əhalinin güzaranının yaxşılaşdırılması mümkündür. Məhz bu kimi məsələlər indiyə qədər həllini tapmadığından rayon gəncləri iş yeri axtarmaq, çörək pulu qazanmaqdan ötrü Rusiyaya üz tütmalı olurlar. Yeri gəlmişkən rayonda gənclərin məşğulluq məsələsi problem olaraq qalır. Gənclərlə apardığımız söhbətlər nəticəsində hətta ali təhsilli gənclərdən mütəxəssis kimi istifadə edilməsi problem olarq qalır. Rayonda kifayət qədər müxtəlif sahələr üzrə ali təhsilli kadrların olmasına baxmayaraq, ayrı-ayrı dövlət orqanlarında çalışmıq üçün qonşu rayonlardan kadrlar cəlb olunur.
Alim

 

Meşələr, ay meşələr

Uşaq yaşlarımdan dünyanın təbii parkı sayılan meşənin vurğunuyam. Bu yaşımadək səfər etdiyim müxtəlif şəhərlərin hamısının da parklarında olmuşam. Həmin parkları gəzib-dolananda onların gözəlliyində bir sünilik, bir bayağılıq hiss edib, öz ata-baba yurduma, başdan-başa təbii park olan Yardımlıya tələsmişəm. Onun saf havasını ciyərlərimə çəkib, sərin sulu çeşmələrindən su içəndə aldığım ləzzəti dünyanın heç bir gözəlliyinə dəyişə bilmərəm. Elə ona görə də mən bu dilbər məkanda yuva qurub yaşamağı hər yerdən üstün tuturam. Ilin bütün fəsillərində meşəyə gedir, onun hər fəslə uyğun füsünkar gözəlliyinə tamaşa etməkdən zövq alıram. Və bu gözəllik qarşısında hər şeyi unudaraq xəyala dalır, olub keçənləri xatırlayıram:

1943-cü ildə atam cəbhədə olanda, anam Ərkinaz iyirmi üç yaşında ikən xəstəliyə tab gətirməyib, dünyadan köçdü. Nənəmin dediyinə görə, kənddə kişi olmadığından anamı qadınlar dəfn ediblər. O vaxt mənim üç yaşım olduğundan anamı xatırlamıram. Tərslikdən bircə ədəd olsun belə, şəkli qalmamışdı ki, onu yaddaşıma həkk edib, xəyallarımda sevib əzizləyə bilim. On üç yaşımda ikən, bir dəfə anamın məzarını axtarmaqdan ötrü qəbiristanlığa getmişdim. Baş daşısı olmadığından məzar itmişdi. Sonralar kitablarım nəşr olunanda  “Anamla söhbət” poemasını yazıb, kitabıma daxil etdim ki, mənimçin təsəlli olsun...
Nə isə, 1945- ci ildə ikinci dünya müharibəsi qurtardıqdan sonra  atam sağ və salamat geri qayıtdı və çox keçmədi ki, Voroşilov adına Zövün kənd kolxozuna sədr seçildi. O vaxtlar kişilərin çoxu müharibədən qayıtmadığı və kənddə qalan kişilərin isə əsasən şikəst və ahıllardan ibarət olduğu üçün qadınlar kişi işlərini də  özləri icra edirdilər. Elə buna görə də, meşəyə odun gətirməyə də  qadınlar  gedərdi. Odun gətirməyə gedən qadınlar balta götürməz, ağaclardan qırılıb yerə düşmüş budaqlardan toplayıb, şələ bağlar və kəndə dönərdilər. Mən ilk vaxtlar nənəmlə meşəyə gedəndə qorxu hissi keçirirdim. O vaxt meşələrimiz o qədər sıx və keçilməz idi ki, adam vahimələnirdi. Hündürlüyü 30-35 metr olan ağaclara baxdıqca, düşünürdüm ki,  görəsən bu ağacların neçə yaşı varg  Bəzən ağacların gövdələrinin diametrini bilməkdən ötrü, uşaq əllərimin qarışları ilə ağacları dairəvi ölçərdim. Iyirmi səkkiz, otuz beş qarış diametrində olan bu ağacların növünü aydınlaşdırmağa çalışırdım. Yuxarı siniflərdə oxuyanda bildim ki, onların əksəriyyəti  palıd, vələs, qızılgöz və nil ağaclarından ibarətdir və bəzilərinin yaşı 1000 ildən yuxarı idi. Yeddinci sinifdə oxuyanda tez-tez meşəyə gedib iri gövdəli ağaclara söykənir, sanki ağaclarla söhbət edirmiş kimi:- Ey palıd ağacı, sən Nizamini, Füzulini, heç olmasa şah Ismayılı görmüsənmig..
Yaxşı yadımdadır, “1 May bayramına” az qalırdı. Məktəbimizin sayılıb-seçilən oğlanlarından on dörd nəfərlə meşəyə zərgin yığmağa göndərilmişdik. Əslən Qazax rayonundan olan Şərif müəllim də bizimlə idi. Çətinliklə olsa da, iki yüz metr meşəyə girə bilmişdik. Yükümüzü tutandan sonra, geri dönərkən sıxlıqdan qurtulmaq üçün çaya tərəf istiqamət götürmək məcburiyyətində qaldıq və çayqırağı yolla geri qayıtdıq. Bəli, bizim meşələr belə sıx və keçilməz olublar. Hansı ədəbiyyatdan oxuduğumu unutsam da, bir faktı yaxşı xatırlayıram ki, son otuz-qırx ildə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının ərazisində 31927 ədəd ev tikilib və bu evlərin inşaasında 213000 ədəd ağac kəsilərək istifadə olunmuşdir. Mütəxəsislərin hesablamalarına görə, hər il qış mövsümündə bir evi  qızdırmaqdan ötrü, bir maşın oduna ehtiyac olur. Buradan da məlum olur ki, hər mövsümdə Yardımlıda minlərlə ağac kəsilib yandırılır.
Üç il bundan öncə, rayonumuza mavi qaz xətti çəkiləndə sevinirdik ki, tezliklə ağacların qırılmasına son qoyulacaq. Ancaq biz düşündüyümüz kimi olmadı, üç il keçsə də rayon mərkəzindən başqa heç bir yaşayış məntəqəsində mavi qaz alovlanmadı. Elə ona görə də əhalini qınamaq olmur. Axı qışın çovğunlu günlərində evin qızdırması zəruriyyətə çevrilir. Və bu zəruriyyətdən də insanların qəlbində ağaclara qarşı mərhəmət azalır.
Hal-hazırda dünyanın hər yerində qlobal istiləşmədən tez-tez danışırlar. Bulaqların, kəhrizlərin quruyacağı haqqında qanqaraldıcı söhbətlər gəzır. Məncə bu istiləşmədə meşələrin qırılmasının da rolu az deyil. Mən bu gileyləri “Yardımlının səsi” nə ona görə pıçıldadım ki, öz aramızda qalsın. Yoxsa Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mənim gileyimdən duyuq düşüb rayona komissiyalar göndərərlər. Şair olduğum üçün sonluğu bir neçə beyt şeir parçası ilə fikrimi tamamlamaq istəyirəm.
Məhv olur gündən-günə  gördüyüm əlvan meşələr,
Sizlərə qatil olub bəs niyə insan, meşələrg

Balta dəydikcə axır şah palıdın iç suları,
Su yox a, sanki tökür torpağa al qan meşələr.

“Motopilalar” kəsir ayda  azı mincə kökü,
Həm gedir xərcliyə ey va belə qurban gecələr.

Hər dolaydan sayıla, yüz maşın hərraca gedir,
Həps edir yüklü ulaq şəxsini divan, meşələr

Sıx, qalın pöhrəliyin yer ilə yeksandı bu gün,
Döndü səhraya tamam, cana verən can meşələr.

Vələsin, dəmirağacın, xollu nilin matəmidir,
Indi otlağa gəlir sizlərə heyvan, meşələr.

Yox nəzarətçilərin insafı, həm mürvəti də
Aşikar yox, dedim ha mən bunu pünhan, meşələr.

Əlli il öncə ki vardız, qalıb on faiziniz,
Nə deyim, döndü tamam tərsinə dövran, meşələr.

Od vurub yandıracaqlar ki “parivka”sız olar,
Yay gələndə edəcəklər sizi büryan, meşələr.
Zöhrab Zövünlü

 

Yolocaq!
Hər il kəndi aldadıb
məhsulunu zay edən rəhbərlərə

Öz keçmiş şöhrətinə həsrətlə baxan, Yolocaq!
Gör kimlər əlində qalıb indi yaxan, Yolocaq!

Nemətin layiq idi sənin müqəddəs adına
“Yolocagın bugdası” de kimin gəlmir yadına,
Çörəyinin ətrinə, ləzzətinə, həm dadına,
Eşidib, vurgun olub, bazara çıxan Yolocaq.

Öyünərdi hər cürə texnikasıyla bu ocaq,
Məhsulunu əkərdi, həm də yıgardı üzüag.
Nə biləydi canına qarga-quzgunlar dolacaq,
Öz əliylə öz evin öz oglu yıxan Yolocaq!

Tülkülər əlbir olub şirlərlə əmlak taladı,
Taladıqca xalq malın şirkətə şirkət caladı,
Yazıq xalq ilan kimi diliylə torpaq yaladı,
Dilənçiyə çevrilib vaxtı ilə xan Yolocaq!

Elə günə düşüb ki, indi onun sayanı yox,
Dərdinə qulaq asıb kənd yerinə qoyanı yox,
Kəndin yiyəsi ölüb, arxa duran, həyanı yox,
Dərd əlindən göz yaşı içinə axan Yolocaq!

Görən indi hardadır ot biçəni, kombaynı,
Taxılı əldən gedir rayon eşitmir hayını,
Satılan əmlakından hərə götürür payını,
Xərclədikcə deyirlər indi “Can, ay can!” Yolocaq!

Həm böyük, həm də kiçik rəhbərlərin yox nəzəri,
Texnikası, suyu yox, çoxalıbdır dərdi-səri,
Məhsulu batsa belə çevirən yox üzün bəri,
Ildə haray-həşiri göylərə qalxan Yolocaq!

Bilməyirlər sonu olmaz ocağı aldadanın,
Indi barmaq yalayır vaxtı ilə bal dadanın,
Xalqa nə xeyir verər əsli-kökü yal dadanın,
Indi adın da qalıb “tülküdən qorxan”, Yolocaq!

Hasil inanmır hələki sözü dəysin hədəfə,
Kasıb kəndlinin səsi çətin çata əhli-kefə,
Kəndimin dərd-sərini açıb dedim mən bu dəfə,
Bəlkə də dərdlərinə tapıldı dərman Yolocaq!

Hasil Cəfərli,
Yolocaq kəndi

 

Səbr elə
(Sabiranə)

Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.
Minsə məmur belinə, əmr eləsə get, gedəsən.

Gözüm aydın vətən ugrunda canından keçdin
Harayın yetişməyən deputatı ki sən seçdin.
Kimə nə, sən taxılı əl ilə əkdin, biçdin
Keçmişi sal yadına, yoxsa qudurdun, dədə sən,
Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.

Taxıl yıgımının sayı çatsa da rayonda üçə
Arxayın ol, a kişi, heç üçü dəyməz heçə.
Onlar da ancaq elə “şişka”ların yerin biçə
Yeganə çarən odur əlini çinə öyrədəsən
Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.

Olmayan dövlətinin qüdrətinə şəkkin var,
ABŞ-ı üstələyən sürətinə şəkkin var,
“Can vətən” deyənlərin qeyrətinə şəkkin var,
Müstəqil dövlətimizdən olmaya rəncidəsən,
Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.

Başçımız yoxdu demə, səndə ürək var a kişi,
Dənizi saymasa kim, onda qərq olar, a kişi,
Betərindən qorusun, Allaha yalvar, a kişi,
Tövbə qıl, hərzə sözü dilinə gətirmə bir də sən,
Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.

Su deyib etmə giley yada gətir Kərbəlanı
Dözümün olsun, axı, sən görübsən hər bəlanı.
Hərbi xidmət yaşına çatdı gətir ver balanı
Nəbadə dövlətdən zərrəcə xeyir güdəsən
Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.

Iştaha bax səndə, keyfü-damaq istərsən,
Deputatlar sayagı villalı bag istərsən,
Vəsf edim mən də səniSabirsayaq istərsən,
Mən ölüm, çək gəlsin, baməzəsən ki adə sən,
Səbr elə, kəndli baba, zülmə gərək səbr edəsən.

Yadigar Qələm

Yoxdu ta

Nəfsinə qul olanları,
Tamahı bol olanları,
Vicdanı pul olanları,
Görməyə gözüm yoxdu ta.

Kim qazanır, kimsə yeyir,
Güclü olan mənimsəyir.
Hamı “mənim”, “mənim” deyir,
“Mənim” var, “bizim” yoxdu ta.

Dünya vəfa qılmaz mərdə
Buxovlayar salar dərdə.
Çox cəfaya dözdüm mən də,
Dözərdim, dözüm yoxdu ta.

Ərşə qalxan səsdim, ündüm,
Dərd çəkməkdən dərdə döndüm.
Elə yandım, elə söndüm,
Kül oldum, közüm yoxdu ta.

Həmdəmim yox söz deməyə,
Gələnim yox gözləməyə.
Ürəyimə “döz” deməyə
Ay Allah, üzüm yoxdu ta.

Şair

Daglara, daşlara deyər dərdini
Şairin qəlbini qüssə alanda.
Allah çox  görərsə bir bəndəsini
Şair nə eyləsin tənha qalandag!

Hardasa, əzizim, bir dərd dogulsa,
Çəkib ürəyinə saxlayır şair.
Qardaş qardaş ilə, ata ogulla
Ədavət edəndə aglayır şair.

Hər ölən insanla ölər dünyada
Güc tapıb yenidən dirilər şair.
Düzə düz söyləyər, əyriyə əyri,
Min nəfər içində bilinər şair.

Şairlər dünyaya verər yaraşıq,
Fəqət, ürəkləri yanıb, yanacaq.
Şairlər Allahdan qopan nur, işıq -
Allaha dönəndə rahatlanacaq.
Mehralı Mustafa

 

Təcnis
(Dodaqdəyməz)

Qarşındasa ala gözlü tər sinə,
Ona söz de, asta-asta, narınca,
Xoş sözünü yozar olsa tərsinə,
Al yanagı, aldan keçər narınca.

Hər sözünü şirin söylə girişdə,
Üzün-gözün çək sıgala giriş də,
Yar könlünə incə-incə gir işdə,
Söyləgilən nar hardadır narınca.

Təşnə güllər gövdəsindən saralar,
Gec dərilsə gövdəsini sar alar,
Çoxdan çoxdu Səringüllər, saralar,
Zöünlü, sən aç eşiqini Narınca.
Zöhrab Zövünlü

 

Sovrulmuşam

Məni kimsə qınamasın,
Mən ki,köçəri bir quşam.
Ömrü boyu dərd çəkməkdən
Vallah daha yorulmuşam.

Xəzan vurmuş bir yarpaq tək.
Üzür məni qara külək.
Bu dünyanı edəndə dərk,
Öz içimdə qovrulmuşam.

Demə-Sabir yaman olub,
Ömrü,günü talan olub.
Vəldöyəndə saman olub,
Xırmanlarda sovrulmuşam.
Sabir Savalan

 

Gəl işi korlama

Yadigar Qələmin
“Qayıt kəndə, bala” şerinə cavab

Gileyli çox tapılar bu zəmanədə,
Ay dədə, nə desən var bu zəmanədə.
Gündə olur neçə məclis meyxanədə,
Demə ki, yoxdur, bu işi gəl fırlama,
Qurban olum, dədə, gəl işi korlama.

Dedin kəndə qayıt, səni evləndirim,
Çox dəyişib həyat, gəlim, ya nə edim?!
Nadyanı, Valyanı bəs necə sahmanlayım?!
Çatıblar dada, sən məni gəl danlama,
Qurban olum, dədə, gəl işi korlama.

Behişdir sanki yerim, hər tərəfim bağ,
Pula-pul demirəm, kefim, damağım çağ.
Bax bu sayaq sərfədir, çəkdirirəm dağ.
Kimdə vardır bir belə bəxt, gəl arama,
Qurban olum, dədə, gəl işi korlama.

Keçən il hey aradım kef edim belə,
Özümü çox yorub verdim ömrü yelə.
Bilmirəm niyə keçdi boğazım ələ
Düzəlib daha, başımı gəl tovlama,
Qurban olum, dədə, gəl işi korlama.
Altımda “Nissan” maşın, başda xəz papaq,
Açmışam dükan-bazar hər cür mal sataq.
Arxam dağ, qorxum yox böylə məkan tutaq.
Məni belə maymaq bilib, gəl xamlama
Qurban olum, dədə, gəl işi korlama.

Var idi

A kişi, bundan əzəl xalqda hörmət var idi,
Hörmət bir yana, sədaqət, məhəbbət var idi.

Verərdilər peşkəşi sayı yox, hesabı yox,
Dostluqda sədaqət, bir də səxavət var idi.

Hər həftə bulaq başı, bir tərəfdə şiş kabab,
Dolduqca badələr canıma sağlıq var idi.

Səhər, axşam növbələr azalmazdı qapıdan,
Sağ ol,  yaşa, var ol sədası hər gün var idi.

Hər məclisə girəndə olardı başda yerim,
Can dərmanı istəsən də çatdıran var idi.

Yı?mışdım ətrafıma dost-tanış, əqrabamı,
Ad günə qiymətli maşın, daş-başım var idi.

 Çox düşündüm ki, bu sədaqət, hörmət nə imiş,
Görün, hamısı vəzifəyə görə var idi.
Mirzəkişi Qəhrəmanov
Vərgədüz kəndi

 

Əlisəfa Əhmədoglu

Saçlarıma düşən dən

Düşünürəm mən hərdən, niyə saçlarımda dən,
Dəyişirəm günbəgün, dəyişirəm deyəsən.
Dünyanın agır yükü, dolanışıq, ruzigar,
Qəlbimdə yoxdu vallah,  alagözlü o nigar.

Çəkirəm bu həyatın əziyyətin, əzabın,
Nə dərdi olasıdır, kefləri kef olanın.
Yagın, balın içində üzənlər ki, görürəm,
Nə həsəd aparmıram, nə də qibtə etmirəm.

Səbr, dözüm məndədir, dözərəm indən belə,
Mükafatı tanrıdan istəyərəm mən hələ.
Bu indiki dövrana lap məətəl qalmışam,
Ürəyimə kədəri, fikirləri yıgmışam

Biganələr görəndə alışıram, yanıram
Tükənibdi yaxşılar, yamanları sayıram.
Eh bu dərdlər, kədərlər qalaq-qalaq kitabmış,
Saçlarıma düşən dən, vaxtsız gələn dumanmış

 

Bu köç hara
gedir belə?

Atıb gedir soydaşını,
Bu köç hara gedir belə?
Yurdda qoyub yurddaşını,
Bu köç hara gedir belə?

Ey, mənim od-ocagım, yurd ocagım, Yolocagım Ana yurdum Sənin bu günündən keçmişinə baxanda yerimdəcə donub durdum. Səndə kimlər məskən salmış, kimlər öz adını sənin tarixinin səhifəsinə mərdliklə qeyd etmişdirg!
Ata-babalarımızın bu ocaq  haqqında bizə söylədikləri unudulmaz dastan olaraq beynimizə ana laylası kimi həkk edilmişdir. Biçinçilərin dag döşündə bərəkətli taxılı biçə-biçə söylədikləri əkin bayatıları, alınlarından axıtdıqları zəhmət tərləri dagların qəlbinə qızıl qələmlə yazılmışdır. 
Bəli, istər sovet dövründə, istərsə də ondan qabaqkı dövrdə öz adıyla, bərəkətli torpagıyla, xoş ətirli taxılıyla tanınan qədim Yolocaq kəndi indi öz ömrünü ayrı ab-hava ilə yaşayır.
Yadımdadır, 1976-cı ildə BDU-nun tələbəsi idim. Masallı şəhərinin Ərkivan kəndindən bir tələbə yoldaşım var idi. O, bir dəfə məni evlərinə qonaq dəvət  elədi. Mən məmnuniyyətlə təklifini qəbul etdim. Onun evində qonaq olarkən qoca nənəsi mənim haradan olmagımı soruşanda cavab verdim ki, ay, nənə, bizim kənd çox ucqar yerdə yerləşir. Bizim kəndi tanımazsan. Dedi ki, ay bala, sən de də, bəlkə tanıdım. Mən özümü təqdim edərək bildirdim ki, Yardımlı rayonunun Yolocaq kəndindənəm.
Nənə dərindən köks ötürərək dedi:
- Ay bala, sən mənim əzablı günlərimi yadıma saldın. O bərəkətli yerləri, qonaqpərvər insanları unuda bilərəmmi? Nəqliyyatın olmadıgı dövrdə bugdanı xurcuna  yıgıb dalımıza atardıq. Ordan Masallı bazarına kimi piyada gedərdik. Yolocaq bugdasını alverçilər birinci növ kimi qəbul edərdilər. Yolocagın “xərəngə” adlı bugdası büllur kimi par-par parıldayırdı. Hətta qonşu kəndlərdən apardıgımız bugdaları da Yolocaq bugdası adıyla baha qiymətə satırdıq. Bizi aclıq illərində, müharibə illərində Yolocaq əhalisinin becərdiyi taxıl saxladı.
Mən bu sözləri eşitdikcə özümdə böyük qürur hissi duydum. Öz-özümə fəxr elədim ki, nə gözəl yurdum var imiş.
Yurdumuzun bu gününə baxanda isə az qalır ki, haralı olmagımı da danım. Indi min iki yüz nəfərə qədər əhalisi olan Yolocaq kəndində hansı problemlər yoxdurg Onu demək qeyri-mümkündür. Kəndimizdə taxıl biçən kombayn, traktor, kip baglayan, mala, kotan və s. kənd təsərrüfatı texnikası yoxdur. Adamlar ibtidai icma quruluşundakı kimi əl əməyindən istifadə edirlər.
Rayonumuza qaz kəməri çəkilsə də, hələ ki, bizim kəndə qaz kəməri çəkilməyib. Əhali yanacaqdan ötrü olmazın əzablar çəkir.
Kəndimizin su problemi acınacaqlı səviyyədədir. Əhali isti yay günlərində bulaqlarda  gecə-gündüz növbəyə dayanır. Ulaqların vasitəsi ilə qonşu kəndlərdən, dərələrdən qram-qram su əldə edilir.
Işsizlik baş alıb gedir. Gənclər işsiz olduqları üçün ailə həyatı qurmaqdan imtina edirlər. Bir qarın çörəkdən ötrü, öz gələcək həyatlarını gözəl yaratmaqdan ötrü qonşu dövlətlərin quluna, nökərinə çevrilirlər. Atası qazanc dalınca gedən uşaqlar isə qəmli-qəmli, ata nəvazişi görmədən böyüyürlər. Analar illərlə həm ata yükünü, həm də ana yükünü çiyinlərində daşıyırlar.
Belə şəraiti görən neçə-neçə ailələr, gənclər öz yurdlarından didərgin düşərək qonşu rayonlara, şəhərlərə köçürlər. Sökülən evlərin, çıragı sönən evlərin sayı gündən-günə artır. Görəsən, bu problemlər həll edilsə, yurdunu qoyub gedənlər geri qayıdarmı?
Fikrimi şerimin ikinci bəndi ilə bitirmək istəyirəm:
Problemlər qala-qala,
Adamlar düşüb nə hala.
Ruhlar qəmgin baxır yola,
Bu köç hara gedir belə?!

Alıcan Isgəndərli

 

Şərəfsiz

Girib mələk libasına,
Şirin-şirin danışdı o.
Sandım dostdur, qardaşdır o.
Aylar keçdi, il dolandı,
Çıxıb mələk libasından,
Bir də gördüm kim boylandı?
Şərəfsiz!
Tanrının bir ölümü yox,
Ölüb qurtarsın canını.
Ölümülə yuya bilsin,
Barı nimdaş vicdanını...
“Qrafinka”,”Qaloş”,”Sabun”-
Ad qoyubdur eli ona.
Yaltaqlıqda tayı yoxdur-
Adətkardır sanki buna.
Yer yarılmır, göy çatlamır
Əyilsə də dil qatlamır.
Şərəfsiz!
Aylar ötüb, il keçəcək,
At çapdığı vaxt bitəcək.
Tükənəndə səbir, dözüm,
Deyəcəkdir bu el sözün:-
Şərəfsiz!
Səttarxan